Sistem vasitəsi ilə vətəndaşlar bələdiyyəyə onlayn qaydada müraciət imkanına malikdirlər. Müraciətlərin hər biri bələdiyyə nümayəndəliyi tərəfindən təhlil olunaraq, əvvəlcədən müəyyən edilmiş vaxt ərzində cavablandırılır.
Prosesin onlayn qaydada aparılması, vətəndaşın vaxt itkisinin qarşısının alınmasına və daha operativ xidmətin göstərilməsinə istiqamətlənib.