Uşaq Nevroloji Sanatoriyasında bayram tədbiri keçirilib
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Mingəçevir Bələdiyyəsi tərəfindən Mingəçevir şəhər Uşaq Nevroloji Sanatoriyasında müalicə alan uşaqlar üçün bayram tədbiri təşkil edilib.Tədbirdə Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, eləcə də bələdiyyənin üzv və qulluqçuları iştirak ediblər. Bayram münasibətilə uşaqlara Mingəçevir Bələdiyyəsi tərəfindən hədiyyələr təqdim olunub.
Çıxışlarda Prezident İlham Əliyevin uşaqlara göstərilən diqqət və qayğısından söz açılıb, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən göstərilən dəstək vurğulanıb. Tədbir zamanı uşaqlar rəqs edib, əyləniblər və bayram sevincini yaşayıblar.