26 Yanvar 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsində könüllülərlə görüş keçirilib

Mingəçevir Bələdiyyəsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini davam etdirir.
Könüllülük fəaliyyəti çərçivəsində könüllülər bələdiyyənin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaqlar, yerli özünüidarəetmə, idarəetmə prosesləri və ictimai xidmət sahələri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Eyni zamanda, könüllülər şəhər miqyaslı sosial və ictimai layihələrin icrasında fəal iştirak edəcəklər.
Görüş zamanı Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxış edərək gənclərə könüllülük fəaliyyətini yalnız bilik qazanmaq deyil, eyni zamanda cəmiyyətə töhfə vermək üçün mühüm imkan kimi dəyərləndirməyi tövsiyə edib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam etdirilib.
Vətəndaş müraciəti