12 Yanvar 2026
Paylaş:

Mingəçevir bələdiyyəsi 2025-ci ildəki fəaliyyəti barədə ictimaiyyətə illik hesabatını təqdim etdi.

Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bələdiyyənin iclas zalında baş tutan yığıncaqda Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəsul Paşayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, bələdiyyə üzv və qulluqçuları, sakinlər, məhəllə komitələrinin üzvləri, KİV və QHT nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Hesabat məruzəsi ilə bələdiyyə sədri Anar İsmayılov çıxış edərək bələdiyyənin bir il ərzində gördüyü işlər haqqında - yerli büdcənin gəlir və xərclərindən, keçirilən mədəni-kütləvi və idman tədbirlərindən, aparılmış abadlıq işlərindən, sosial layihələrdən geniş məlumat verdi və qarşıda duran vəzifələrdən danışıb.
Məruzə ətrafında şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəsul Paşayev, Şəhid ailələrini müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Valideynlər Assosiyasının prezidenti Fərman Nəbiyev, şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, "Mingəçevir" qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, məhəllə komitəsinin sədri Əbülfət Babayev, sakinlər və başqaları çıxış edib, bələdiyyənin illik fəaliyyətinə münasibətlərini bildiriblər.
Yığıncaq iştirakçılarının təklifi ilə Mingəçevir bələdiyyəsinin 2025-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Hesabatın tam mətni ilə bələdiyyənin rəsmi internet saytından, həmçinin Facebook, Instagram və Tiktok səhifələrindən tanış ola bilərsiniz.
Vətəndaş müraciəti