14 May 2023
Paylaş:

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçirildi

Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də ümummilli lider  Heydər Əliyevin  anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri may ayının 14-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzinin gözəl tərtibatlarla hazırlanmış idman zalında keçirildi.  Şəhər Bələdiyyəsinin maliyyə dəstəyi ilə baş tutan tədbirə respublikamızın  ona yaxın şəhər və rayonlarından gəlmiş Yunan-Roma güləşi üzrə 160-a yaxın idmançısı, məşqçi müəllim və valideynlər cəlb olunmuşdular. Təmsilçilər arasında Mingəçevirin iki komandası, Yevlax, Şəmkir, Goranboy, Qazax, Daşkəsən, Zəngilan, Balakən, Göyçay rayonlarının yeniyetmə və gənc idmançıları öz məharətlərini nümayiş etdirirdilər.
Qeyd etmək yerinə düşər k, tədbirin təşkilatçıları yarışların nümunəvi keçməsi üçün hər bir incəliklərə diqqət yetirmişlər. Tədbirə gələn qonaqlar üçün lazımi şərait yaradılmış, hazırlıq işləri görülmüşdür. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Bələdiyyə İşilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və Bələdiyyə üzvləri, YAP Mingəçevir şəhər təşikilatının sədri Bəxtiyar Mustafayev şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Yunan-Roma güləşi üzrə respublikanın tanınmış idman mütəxəssisləri və hakimləri, ictimaiyyət nümayəndələri, mətbiat işçiləri iştirak edirdilər.
Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  çıxış edərək tədbir iştirakçılarını salamladı, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirin təkilatçılarına minnətdarlığını ifadə etdi. Ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edərək idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Bu gün Azərbaycan Bayrağının dünyanın idman arenalarında dalğalanmasının idmançılarımızın misilsiz xidmətləri kimi dəyərləndirildi. Yarışda iştirak edən komandalara uğurlar arzuladı. Azərbaycan Bələdiyyə İşilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov təmsil etdiyi qurumun adından yarış iştirakçılarına salamını çatdırdı və onlara uğurlar arzuladı.
12 çəki dərəcəsi üzrə, 20 çəkidən başlayaraq 71 kiloqramadək çəkisi olan idmançılar əsl mübarizəyə başladılar.  Çox gərgin və idman atmosferi şəraitində keçən yarışda Mingəçevir komandası ümumilikdə birinci, Şəmkir idmançıları ikinci, Göyçay idmançıları isə üçüncü yerin sahibi oldular. Fərdi çəki dərəcəsi üzrə yarışlarda qalib gələn idmançılar fəxri diplom və döş nişanı ilə təltif olundular. Qalib  komandalara Azərbaycan Bələdiyyə İşilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları və pul mükafatı verildi. Birinci  yeri tutan komanda 300 manat, ikinci yeri tutan komanda 200 manat, üçüncü yeri tutan komanda 100 manat pul ilə mülafatlandırıldılar.
“Mingəçevir” qəzeti
Vətəndaş müraciəti