19 Yanvar 2026
Paylaş:

Mingəçevir Bələdiyyəsi tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Müstəqillik yolunun ilk addımı” mövzusunda dəyirmi masa təşkil olundu.

Dəyirmi masa iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbir Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovun giriş nitqi ilə başladı. Çıxışında o, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu, şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğuladı.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova və bələdiyyənin şöbə müdiri Zahid Qasımlı çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın milli yaddaşında əbədi yer tutduğunu, bu faciənin eyni zamanda milli birliyin və müstəqillik əzminin rəmzi olduğunu qeyd etdilər.
Tədbir şəhidlərimizin xatirəsinin daim uca tutulacağı və onların ideallarına sadiq qalınacağı fikri ilə yekunlaşdı.
Vətəndaş müraciəti