14 noyabr 2025-ci il tarixdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının hesabat yığıncağı keçirildi
Tədbirdə 74 şəhər bələdiyyəsinin sədrləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Adminstrasiyanın sektor müdiri Fərid Əliyev və Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənov iştirak edirdi.
Assosiasiya sədri Təmraz Tağıyevin və nəzarət - təftiş komissiyasının sədri Vüqar Quliyevin məruzələrində şəhər bələdiyyələrinin fəaliyyətindən danışıldı.
Hesabat yığıncağı həm də bir sıra ciddi qərarların qəbulu ilə də yadda qaldı.
Məruzə ətrafında çıxış edən natiqlərin sırasında Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovda çıxış edərək vacib məqamlara toxundu və bələdiyyələrin fəaliyyətinə uğurlar arzuladı.