Bu gün Mingəçevir Bələdiyyəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Sən elə bir zirvəsən” mövzulu dəyirmi masa təşkil olundu
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildirdilər.
Dəyirmi masa Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovun giriş nitqi ilə açıldı. O, Heydər Əliyev irsinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və strateji inkişaf xəttinin formalaşmasında həlledici rol oynadığını qeyd etdi. Ardınca tədbir iştirakçıları Ulu Öndər və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Bələdiyyə üzvü Cavid Xəlilov və şöbə müdiri Zahid Qasımlı çıxışlarında Heydər Əliyev siyasi irsinin bu gün də ölkənin inkişaf prioritetlərinin ideoloji əsasını təşkil etdiyini vurğuladılar.
Tədbir Ulu Öndərin dövlətçilik ənənələrinin qorunmasında, müasir Azərbaycanın inkişaf konsepsiyasının formalaşdırılmasında və bu dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıdığı fikri ilə yekunlaşdı.