Mingəçevirdə “Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş “Bələdiyyə Kuboku” uğrunda cüdo yarışı keçiriləcək
					Hörmətli sakinlər və şəhərimizin qonaqları!
Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə “Bələdiyyə Kuboku” uğrunda cüdo yarışı keçiriləcək.
Yarışlar 2 noyabr  2025-ci il tarixində Mingəçevir şəhər "Kür" Olimpiya Tədris Mərkəzində baş tutacaq. Turnirdə Uşaq-Gənclər İdman Məktəbinin nəzdində fəaliyyət göstərən cüdoçular və region komandaları iştirak edəcəklər.
Məqsəd — gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və cüdo idman növünün inkişafına dəstəkdir.
Qaliblər Mingəçevir Bələdiyyəsi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Tarix: 2 noyabr 2025-ci il
Məkan: Mingəçevir şəhər "Kür" Olimpiya Tədris Mərkəzinin idman zalı
Əlaqə: (055) 303 97 62
Bütün cüdo həvəskarlarını və media nümayəndələrini tədbirə dəvət edirik.
Hörmətlə,
Mingəçevir Bələdiyyəsi