28 Noyabr 2025
Paylaş:

Bələdiyyə sədri sakinlərlə səyyar görüş keçirdi

Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov növbəti səyyar görüşünü  M. P. Vaqif küçəsində yerləşən 12 saylı binanın sakinləri ilə keçirib. Görüş zamanı sədr bələdiyyənin son 9 ayda həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib, bələdiyyə-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
 Sakinlər bələdiyyənin işindən razılıqlarını ifadə etməklə yanaşı, məhəllədə mövcud olan problemləri də diqqətə çatdırıblar. Onlar xeyir-şər mağarının təmir olunması, oturacaqların quraşdırılması, kanalizasiya sisteminin yararsız vəziyyətdə olması və binanın təmirə ehtiyacı kimi məsələləri qaldırıblar.
 Anar İsmayılov bələdiyyənin səlahiyyətlərinə aid olan məsələlərin sakinlərlə birgə həll ediləcəyini bildirib. O, bunun üçün məhəllə komitəsinin yaradılmasının vacibliyini qeyd edib. Digər problemlərin isə aidiyyəti təşkilatlara çatdırılacağı vurğulanıb.

Səmimi dialoq şəraitində keçən görüş sakinlərin sual və təkliflərinin dinlənilməsi ilə başa çatıb.
Vətəndaş müraciəti