Mingəçevir bələdiyyəsi yeni layihənin icrasına başlayıb
Mingəçevir bələdiyyəsi şəhərin H.Əliyev prospektində, bələdiyyənin inzibati binasının yaxınlığında yerləşən xiyabanda yenidənqurma, bərpa və abadlıq işlərinə başlayıb. Bu barədə Mingəçevir bələdiyyəsinin "Sosial və iqtisadi inkişaf" şöbəsinin müdiri Zahid Qasımlı geniş məlumat verib. Bildirib ki, xiyabanda yeni yaşıllıq, güllük zolaqları salınacaq.Yolun hər iki tərəfində ot örtüyü olacaq, uşaq və böyüklərin istirahəti üçün əyləncə güşələri yaradılacaq. Bundan əlavə, xiyabanda süni ot örtüyü ilə örtülən xüsusi heykəllər qoyulacaq. Bu da parka əlavə gözəllik verəcək. Əvvəlkindən fərqli olaraq müxtəlif heyvan fiqurlar heykəl şəkilində yerləşdiriləcək. Parkın kənarları müxtəlif bəzəkli gül kolları, dekorativ ağaclarla örtüləcək. Bir sözlə, yeni qurulmuş xiyaban mingəçevirlilərə qarşıdan gələn şəhərimizin ad günündə hədiyyə olacaq.