Əziz sakinlər!
Mingəçevir Bələdiyyəsi artıq sizə daha yaxın və əlçatandır! Bugündən etibarən, suallarınızı cavablandırmaq, təkliflərinizi dinləmək və müraciətlərinizi daha operativ şəkildə qəbul etmək üçün WhatsApp üzərindən „Qaynar Xətt“ fəaliyyətə başladı.
İstənilən məsələ ilə bağlı bizə yazılı müraciət edə bilərsiniz. Müraciətləriniz operativ şəkildə qeydə alınacaq və aidiyyəti üzrə cavablandırılacaq.
Əsas məqsədimiz– sizin ehtiyaclarınıza çevik şəkildə reaksiya verməkdir!
Qaynar Xətt nömrəsi:055 303 97 62