14 İyun 2022
Paylaş:

Bələdiyyə sədri beynəlxalq tədbirlərdə iştirak etdi

İyunun 10-da Türkiyənin İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin 6-cı Olağan Genel Kurul Toplantısı keçirilib. Toplantıda Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan geniş nitq söyləyib.O, Türk Dünyası Bələdiyyələrinə uğurlar diləyib və bələdiyyələrin qarşılıqlı münasibətləri daha da genişləndirməyi tövsiyə edib.
İyunun 11-12-də Bursa şəhərində Beynəlxalq Yerli özünüidarəetmə Konfransı olub. Konfransda dünyanın bir çox yerindən bələdiyyə nümayəndələri iştirak ediblər. 
Qurultay və konfransda Azərbaycanı Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyevin də daxil olduğu 18 nəfərlik nümayəndə heyəti təmsil edib.
Vətəndaş müraciəti