30 Oktyabr 2023
Paylaş:

Aİ nümayəndəsi ilə görüş

Azərbaycanda “Merlərin razılaşması” və “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” regional layihələrin həyata keçirilməsinə dəstək layihəsi çərçivəsində Mingəçevir Bələdiyyəsində tədbir keçirildi. Bələdiyyənin sədri Ramiz Əliyev layihələr barədə məlumat verdi və qonaqları təqdim etdi. Lahiyə qrupunun rəhbəri Vitold Sartorins bildirdi ki, layihənin qlobal məqsədi Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşacaq regional layihələrin icra olunmasına töhvə vermək, xüsusən də razılaşmaları imzalayan bələdiyyələrə dayanıqlı iqtisadi, enerji və iqlim tədbirlərinin hazırlanması və həyata keçirilməsinə dəstək verməkdir.
    Görüşdə layihə koordinatorları Şəhriyar Mustafayev, Zahid Qasımlı və işçi qrupunun üzvləri qarşılaşdıqları problemlərdən danışdılar. 
Tədbir sual-cavabla yekunlaşdı.
Vətəndaş müraciəti