Mingəçevir Bələdiyyəsində seminar-müşavirə keçirildi
Ədliyyə Nazirliyinin Bərdə Regional Ərazi Ədliyyə İdarəsinin əməkdaşları Eldəniz İbrahimov və Emin Cəlalov Mingəçevir Bələdiyyəsində seminar-müşavirə keçirdilər. Müşavirədə bələdiyyə üzv və qulluqçuları iştirak etdilər. Bələdiyyənin sədri Ramiz Əliyev giriş nitqi söylədi, seminarın gündəliyi barədə məlumat verdi.
Seminar-müşavirədə aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparıldı:
- Ümumilli lider H.Əliyevin 100 illiyi münasibəti ilə keçirilmiş və nəzərdə tutulmuş tədbirlər barədə;
- “Bələdiyyə torpaqlarının idarə olunması” haqqında Qanuna edilən dəyişikliklər barədə;
- Yaşıllıqların qorunması, məişət tullantılarının daşınması haqqında hazırlanmış tövsiyə məktubu barədə;
- Konstitusiya Məhkəməsinin Plenumunun Torpaq Məcəlləsinin 73.1-ci maddəsi ilə Mülki Məcəllənin 719.1-ci maddəsi arasındakı ziddiyyət barədə qərarının şərhi;
- Torpaq sahələrinin icarəyə və subicarəyə verilməsi barədə qaydalar;
- Bələdiyyə Portalının təkmilləşdirilməsi barədə məlumat;
- Bələdiyyənin vergi uçotunun aparılması, vergilərin hesablanması haqqında;
Seminar-müşavirə müzakirə olunan mövzular ətrafında sual-cavabla başa çatdı.