Beynəlxalq şəhər Forumu
Gürcüstanın Batumi şəhərində “Future Fit Cities” adlı beynəlxalq şəhər forumu keçirildi.
“Future Fit Cities” Avropa İttifaqı və BMT İnkişaf Proqramının birgə təşəbbüsü olan “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri”(M4EG) Layihəsi çərçivəsində təşkil edilən şəhər forumudur və yeni inkişaf trayektoriyalarının inkişaf etdirilməsində yerli hakimiyyət orqanlarını və icmaları dəstəkləyir. M4EG Şərq Tərəfdaşlığı (ŞT) regionundan (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan) 400-dən çox yerli hakimiyyət şəbəkəsinə malikdir.
M4EG 2023 forumu müvafiq maraqlı tərəfləri bir araya gətirmək və Aİ-nin region üçün İqtisadi və İnvestisiya Planına əsaslanaraq, beynəlxalq donorlar, maliyyə institutları və özəl sektorla əməkdaşlıqda sosial-iqtisadi dayanaqlığın yaradılması və müxtəlif maliyyə mənbələrindən istifadə edilməsi ətrafında söhbətləri asanlaşdırmaq məqsədi daşıyır.
Azərbaycanın nümayəndə heyətinin tərkibində Mingəçevir Bələdiyyəsi də var idi. Mingəçevir Bələdiyyəsini bələdiyyə sədri Ramiz Əliyev və layihə rəhbəri Zahid Qasımlı təmsil etdilər. R.Əliyev forumda şəhərimiz və icra edəcəyimiz layihə barədə geniş məlumat verdi. Nümayəndə heyətimiz sessiyalarda fəallıq göstərdilər.
Forum uğurla başa çatdı və gələcək layihələrin hazırlanması, tədqim edilməsi və icrası üçün əhəmiyyətli rol oynadı.