Qardaş şəhərə səfər
Qazaxıstanın Uralsk şəhəri ilə Azərbaycanın Mingəçevir şəhəri qardaşlaşmış şəhərlərdir. Sentyabrın 6-9-da Uralsk "Şəhər günü"nü qeyd etdi. Bu tədbirə dəvət olunan Mingəçevir şəhərini şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Məmmədov, bələdiyyənin sədr müavini Əli Əliyev və sahibkar Vaqif Həsənov təmsil etdilər. Təntənəli keçən səfər çərçivəsində nümayəndələr şəhərin istehsal sahələri ilə tanış oldular, yarmarka-sərgidə və konsertdə iştirak etdilər.