24 Avqust 2023
Paylaş:

Mingəçevir bələdiyyəsi sakinlərin arzusunu yerinə yetirdi.

Şəhərin C.Əliyev küçəsindəki 24 və 26 saylı binaların sakinləri binaların qarşısındakı xeyir-şər mağarının dam örtüyünün təmiri ilə bağlı bələdiyyəyə müraciət etmişdilər. Onlara bildirildi ki, sakinlərin bələdiyyəyə olan əmlak vergisi borcları ödənilərsə, bələdiyyə həmin layihəni icra edə bilər.
Yaşayışçılar əmlak vergilərini bələdiyyə büdcəsinə keçirdikdən sonra, bələdiyyə iclasının qərarı ilə sözügedən mağarın dam örtüyünün tamam yenilənməsi üçün 58 ədəd 4 metrlik profnastil alınaraq sakinlərə verildi. 
Məhəllənin nümayəndələri bu işə görə bələdiyyəyə minnətdarlıqlarını bildirdilər.
Vətəndaş müraciəti