Mingəçevir şəhər bələdiyyəsində Kür çayında fəaliyyət göstərən su nəqliyyat vasitələri ilə bağlı müzakirələr aparıldı
Müzakirələrdə şəhər bələdiyyəsinin sədri Ramiz Əliyev, İcra HAkimiyyətinin nümayəndəsi, Bələdiyyə yanında İctimai Nəzarət Şurasının üzvüləri,media nümayəndələri,, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin rəisi, R.Quliyev, 8 saylı Mingəçevir Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşı və qayıqçılar iştirak ediblər. Müzakirələrdən aydın oldu ki,qalmaqallı su nəqliyyat vasitələrində problemlər qalmaqdadır, nöqsanların mövcudluğu davam edir,Kür çayı yöndəmsiz,heç bir normaya uyğun olmayan dəmirparçaları ilə zəbt edilib (gəmi,qayıqlarla). İnsanların Kür sahilində nəfəs almaga belə yeri qalmayıb. Aidiyyəti qurumlarda çalışır ki,yaranan bu çoxsaylı problemlemləri aradan qaldırsınlar.