28 İyun 2023
Paylaş:

MİNGƏÇEVİRDƏ QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ QURBANLIQ HEYVANLAR KƏSİLDİ

Mingəçevirdə də Qurban bayramı münasibəti ilə qurbanlıq heyvanlar kəsildi
Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının təşkilatçılığı və Mingəçevir Bələdiyyəsinin maliyyə dəstəyi ilə və bir sıra digər qurumlar Qurban bayramı münasibəti ilə qurbanlıq heyvanlar kəsib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mərasimdə çıxış edərək Qurban bayramı haqqında fikrini bölüşmüş, ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycan xalqına təbrikini mərasimdə iştirak edənlərin nəzərinə bir daha çatdırmış, mingəçevirlilərə ürək sözlərini bildirmiş, bayramlarını təbrik etmişdir.
Kəsilən qurbanlardan 600-dən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və digər ehtiyac meyarı aşağı olan ailələrə sovqat paylanıb.Milli Məclisin üzvü Millət vəkili Aydın Mirzəzadə də bayram aksiyasında fəal şəkildə iştirak edib.Onun tərəfindən kəsilən qurbanlar 50-dən çox güzəştli və imtiyazlı ailəyə bayram sovqatı verilib.
Esmira Hidayətova,Mingəçevir
Vətəndaş müraciəti