19 May 2023
Paylaş:

MİNGƏÇEVİRDƏ BƏLƏDİYYƏ PARK SALIR


Mingəçevirdə bələdiyyə park salır.
Turanmedia.az xəbər verir ki, Mingəçevir Ş.İ.Xətai küçəsində şəhər bələdiyyəsi sakinlərin arzusu ilə onların həyətyanı sahəsində yarasız qalmış boş ərazidə park salır. 14 nömrəli məktəbin qarşısını və Ş.İ.Xətai küçəsini əhatə edəcək park mini tipli park olacaq. Bələdiyyənin yeni başlayan layihəsinə əsasən parkda müasir formada söhbətgahlar,oturacaqlar,dekarativ gül kolları,ağaclar,qazon olacaq.Parkın gediş-gəliş yollar asfaltlanır . Hazırda ərazidə işlər aparılır.
Esmira Hidayətova,Mingəçevir.
Vətəndaş müraciəti