"Rus qəbirləri dağıdılıb, yerinə azərbaycanlılar dəfn olunur" - deyə sosial şəbəkədə şər böhtan xarakterli video paylaşan şəxs həmin qəbristanlığın keçmiş əməkdaşı imiş
Bir neçə gündür sosial şəbəkələrdə Mingəçevir Əli qəbirstanlığı deyilən ərazidə guya rus qəbirləri dagıdılıb,yerinə azərbaycanlılar dəfn olunur. Məsələ ilə baglı qəbirstanlıqda olduq. Bir neçə foto kadrlar da çəkdik. Məsələ ilə baglı Mingəçevir şəhər Bələdiyyəsinin Qəbristanlıqların saxlanılması və nəzarəti şöbəsinin müdiri Rafael Məmmədovla görüşüb məsələyə aydınlıq gətirilməsini istədik. O,bildirdi ki, sosial şəbəkədə şər böhtan xarakterli video paylaşan şəxs həmin qəbristanlığın keçmiş əməkdaşı imiş.
Məlumata görə həmin şəxs, incikliyindən bu böhtan dolu video ilə qisas almağa çalışıb.
Rafael Məmmədovun sözlərinə görə burada müxtəlif millət, din və təriqətlərə mənsub 15 mindən çox məzar yerləşir. O cümlədən, rus, alman, ukrayn, erməni və başqa fərqli dini xüsusiyyətli qəbirlər.
"Bura müqəddəs ünvan, imicimiz isə dünyada tolerantlıqla məşhurdur.
Qeyd edək ki,qəbirstanlıqda iməcilik işləri aparılrdı.Qəbirlərin üstü təmizlənib ,ətrafındakı kol –koslar fəhlələr tərəfindən təmizlənirdi.
Şahidi olduq ki, ərazidə çoxsayda erməni və rus qəbirləri yerləşir. Hər birinin də baş daşı, qəbirüstü bərkidici elementlər öz yerindədir. Sadəcə bir neçə köhnə məzarın üstündəki beton örtük aşınmaya məruz qalıb.
Esmira Hidayətova,Mingəçevir.