SEMİNAR KEÇİRİLDİ
Mingəçevir Bələdiyyəsində Bərdə Regional Ədliyyə İdarəsinin təşəbbüsü ilə bələdiyyə üzv və qulluqçularının iştirakı ilə növbəti seminar keçirildi. Bələdiyyənin sədri Ramiz Əliyev seminarın aparıcılarını - Bərdə Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi Eldəniz İbrahimovu və aparıcı məsləhətçisi Vüsal Əliyevi iştirakçılara təqdim edəndən sonra E.İbrahimov seminarın mövzularını elan etdi. Seminarda aşağıdakı məsələlərdən danışıldı.
- Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərancamından irəli gələn vəzifələr;
- Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı”elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr;
- Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr;
- Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərəkətsizlikləri bəradə;
- Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi;
- Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər;
- Müqavilələrin bağlanması və müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı qanunvericiliyin tələbləri;
- Yerlərdə abadlaşdırma işlərinin aparılması ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı barədə;
- İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədə əhəmiyyəti barədə;
Seminar müzakirə edilən məsələlərlə bağlı sual-cavabla yekunlaşdı.