17 Mart 2023
Paylaş:

Yerli hakimiyyət orqanları üçün Aİ-nin Qış Məktəbi

16 - 17 mart tarixlərində Azərbaycanın Şamaxı şəhərində ADA universiteti Jan Monnet Modulu üzrə “Şərq Tərəfdaşlığının (ŞT) 2020-ci ildən sonrakı yeni siyasət məqsədləri çərçivəsində Aİ-ŞT davamlı əməkdaşlığı üçün potensialın gücləndirilməsi: Azərbaycan perspektivləri” mövzusunda yerli hakimiyyət orqanları üçün Aİ-nin Qış Məktəbi təşkil olunur.  
Bu proqramın məqsədi, yerli bələdiyyələrin Aİ-də effektiv yerli idarəçilik təcrübələri və mexanizmləri barədə bilik və potensialını artırmaqdır. Bu proqram, düzgün idarəçilik üzrə Aİ-nin prinsiplərini və prioritetlərini başa düşməkdə bələdiyyələrə dəstək göstərəcək və müvafiq fəaliyyət mexanizmlərini inkişaf etdirəcəkdir. 
Bu kurs, eyni zamanda, yerli hökumət məmurlarında, strateji kommunikasiya vasitəsilə öz yerli icmalarını və müxtəlif maraqlı tərəfləri effektiv şəkildə cəlb etmək və onlarla ünsiyyətdə olmaq imkanını yaradan vərdişlər aşılayacaqdır.
Tədbirdə Mingəçevir bələdiyyəsini bələdiyyənin "Hüquq məsələləri" daimi komissiyasının sədri Fikrət Həsənov təmsil edib.
Vətəndaş müraciəti