13 Mart 2023
Paylaş:

İdman qurğuları sakinlərin ixtiyarına verildi

Sağ Sahil yaşayış massivinin sakinləri ərazidəki parkda yaşlıların məşğuliyyəti üçün idman qurğularına ehtiyac olduğu barədə şəhər İcra Hakimiyyətinə və Mingəçevir bələdiyyəsinə müraciət etmişdilər.
Müraciəti nəzərə alaraq bələdiyyə parka qurğuların (trenajorların) qoyulması barədə müvafiq qərar verdi. Az vaxtda dörd ədəd müxtəlif konstruksiyalı idman trenajorları hazırlanaraq parkda yerləşdirildi. İdman trenajorları hasara alınaraq orada xüsusi məkan yaradıldı.
Sakinlər bu işə görə bələdiyyəyə minnətdarlıqlarını bildirdilər.
Vətəndaş müraciəti