10 Mart 2023
Paylaş:

Bir tədbirdə iki mərasim qeyd olundu

Mingəçevir bələdiyyəsində martın 10-da keçirilən tədbirdə iki mərasim qeyd olundu.
Bələdiyyə sədri Ramiz Əliyev bələdiyyə üzvü Ədalət Quliyevanın Beynəlxalq Qadınlar günü  ilə əlaqədar ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunması və bələdiyyə qulluqçusu Zahid Qasımlının anadan olmasının 65 illiyi münasibəti ilə səbəbkarları təbrik etdi, onlara can sağlığı və işlərində uğurlar arzuladı.
Bələdiyyə üzv və qulluqçuları Ə.Quliyeva və Z.Qasımlının ünvanına arzularını dedilər. Səbəbkarlar da öz növbələrində şərəflərinə tədbir təşkil etdiklərinə görə bələdiyyənin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tədbir çay süfrəsi ətrafında başa çatdı.
Vətəndaş müraciəti