Vətən müharibəsi qazisi ziyarət olunub
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərin ailələri daim ziyarət edilir, şəhid və qazi ailələrinin problemləri ilə maraqlanılır, onlara maddi və mənəvi yardımlar edilir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, bələdiyyə sədri Ramiz Əliyev, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və digər rəsmi şəxslər 44 günlük Vətən müharibəsi qazisi, cərrahi əməliyyatdan yenicə qayıtmış Orxan Muradovu evində ziyarət ediblər.
Başçı qazinin vəziyyəti ilə maraqlanıb, ona zəruri köməkliklərin olacağını bildirib. Qazinin atası Fazil Muradov ziyarətə gələnlərə diqqət və qayğıya görə təşəkkür edib.
Şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə ərzaq bağlaması təqdim olunub.