02 Mart 2023
Paylaş:

Mingəçevir bələdiyyəsi müşavirə keçirdi

Cənab Prezident İlham Əliyevin 13 yanvar 2004-cü ildə təsdiq etdiyi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri güclənib.
"Karrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq Mingəçevir bələdiyyəsində tədbir keçirilmişdir.
Bələdiyyə üzv və qulluqçularının iştirak etdiyi müşavirədə bələdiyyə sədri Ramiz Əliyev qanunun tələblərindən danışdı və işçilərin vətəndaşlarla səmimi münasibət qurmalarını, müraciətlərə vaxtında və əsaslı cavablar vermələrini, neqativ hallardan uzaq durmalarını diqqətə çatdırdı.
Müşavirə iştirakçıları mövzu ilə bağlı fikirlərini bildirdilər.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı keçirilmiş tədbirlər bələdiyyənin internet saytında, Facebook sosial şəbəkəsində işıqlandırılmışdır. Bundan əlavə , məhəllə komitələri vasitəsi ilə sakinlər arasında maarifləndirmə söhbətləri də aparılıb.
Vətəndaş müraciəti