Avropa Birliyindən təşəkkür məktubu
Mingəçevir Bələdiyyəsi Avropa Birliyinin elan etdiyi “Merlərin razılaşması” təşəbbüsünə qoşulan bələdiyyələrdən biridir.
Yerli və beynəlxalq ekspertlərdən ibarət işçi qrupu Mingəçevir şəhərinin Dayanıqlı Enerji və İqlim üzrə “Fəaliyyət Planı” nı hazırlayaraq Avropa komissiyasına təqdim edib.
Bu yaxınlarda Avropa komissiyasının Birgə Tədqiqat Mərkəzi fəaliyyət planının qiymətləndirilməsinin yekunlaşdığını və onun qəbul edildiyini bildirən təşəkkür məktubu göndərib.