17 Fevral 2023
Paylaş:

İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ

Mingəçevir bələdiyyəsi yanında İctimai Şuranın üzvləri bələdiyyə sədri ilə görüş keçirdilər. Görüşdə vətəndaşların müraciətləri ilə bağlı fikir mübadiləsi aparıldı. İctimai Şuranın sədri Əliqismət Kərimov Sağ sahildəki qəbiristanlığın təmiz saxlanılmaması ilə bağlı narahatlığını bildirdi. İŞ-nın üzvü İnqilab Şirinli şura üzvlərinin bələdiyyə iclaslarında iştirakının təmin edilməsini xahiş etdi. İŞ-nın digər üzvləri İxtiyar Həsənli, Mehman Məlikov və Sübhan Səfərov bir sıra məsələlər barədə rəy və təkliflərini irəli sürdülər.
Bələdiyyə sədri Ramiz Əliyev görüşdə qaldırılan məsələlərə aydınlıq gətirdi və Şura üzvlərinin rəy və təkliflərinin nəzərə alınacağını bildirdi.
Vətəndaş müraciəti