24 Yanvar 2023
Paylaş:

MİNGƏÇEVİR BƏLƏDİYYƏSİ HESABAT VERDİ

Mingəçevir bələdiyyəsinin 2022-ci ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə açıqlandı.  
Hesabat məruzəsini bələdiyyənin bələdiyyənin sədr müavini Əli Əliyev təqdim etdi.
Məruzə ətrafında Mingəçevir bələdiyyəsi yanında İctimai Şuranın sədri Əliqismət Kərimov, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev, Veteranlar Şurasının sədri Tahir Məmmədov, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəsi Əlisa Fərəcov, "Azərbaycan bələdiyyəsi" qəzetinin bölgə müxbiri İxtiyar Həsənli çıxış edərək hesabatı "qənaətbəxş" saydılar və rəy və təkliflərini bildirdilər.
Sonda bələdiyyənin sədri Ramiz Əliyev tədbir içtirakçılarının suallarını cavablandırdı.
(Hesabatın tam mətni ilə https://mingechevir-belediyye.az saytında "sənədlər" bölümündə tanış ola bilərsiniz.)
Vətəndaş müraciəti