22 Dekabr 2022
Paylaş:

Daha bir layihə başa çatdı

Mingəçevir Bələdiyyəsi “Abad məhəllə” layihəsi çərçivəsində məhəllələrdə abadlıq işlərini davam etdirir. Nəzərdə tutulmuş daha bir məhəllədə işlər yekunlaşıb. Az.İES yaşayış massivində, C.Əliyev küçəsindəki 3, 3A, 5, 5A, 7, 7A saylı binaların qarşısına bələdiyyə tərəfindən müasir standartlara cavab verən söhbətgah və oturacaqlar (6 ədəd söhbətgah, 16 ədəd oturacaq) qoyuldu. Sakinlər onların istirahətləri üçün qoyulmuş avadanlıqlara görə bələdiyyəyə təşəkkürlərini bildirdilər. 
Vətəndaş müraciəti