15 Dekabr 2022
Paylaş:

Daha bir layihə başa çatdı

Mingəçevir Bələdiyyəsi Ş.İ.Xətai küçəsi ilə A.Məmmədov küçəsinin kəsişdiyi məhəllədə ötən ildən başladığı layihəni başa çatdırdı. Bələdiyyə tərəfindən həmin məhəllədə yerləşən 16 binanın hər birinin qarşısına bir ədəd söhbətgah və ümumlikdə 52 ədəd oturacaq qoyulub. “Abad məhəllə” layihəsini tamamlamaq üçün sözügedən məhəllədə uşaq və yeniyetmələr üçün müxtəlif əyləncə-idman qurğuları yerləşdirərək xüsusi əyləncə məkanı yaradıldı və sakinlərin istifadəsinə verildi. 

“Abad məhəllə” layihəsinin icrası digər məhəllələrdə davam edir.  

Vətəndaş müraciəti