12 Dekabr 2022
Paylaş:

Genderlə bağlı konfrans keçirilmişdir

Bakı şəhərində “Yerli idarəetmədə gender bərabərliyinin təşviqi” mövzusunda konfrans keçirilmişdi. Konfransda Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan, AFR-nın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Zübeydə Oyan, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin məsləhətçisi Fəridə Hacıyeva, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının (AQBMA) sədri Hümbət Hüseynov, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakıxanov və Xətai bələdiyyələrinin nümayəndələri və başqaları müxtəlif mövzularda çıxışlar etmişlər. “Bələdiyyələrdə gender komissiyalarının rolu ”, “Məişət zorakılığının qarşısının alınmasında gender komissiyalarının rolu”, “Gender komissiyalarının təcrübəsi” mövzuları ətrafında müzakirələr aparılmışdır. Konfransda Mingəçevir Bələdiyyəsini “Gender bərabərliyi” komissiyasının sədri Ədalət Quliyeva təmsil etmişdir.

Vətəndaş müraciəti