09 Dekabr 2022
Paylaş:

İctimai Şura üzvlərinə vəsiqələr verildi

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Prezident Fərmanına əsasən dövlət və bələdiyyə orqanlarında ictimai nəzarəti həyata keçirən İctimai Şuralar yaradılır.

Mingəçevir Bələdiyyəsi yanında İctimai Şura 27 avqust 2022-ci ildə Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələrindən ibarət formalaşmışdır. Qeyri-hökumət təşkilatları, məhəllə komitələri və mediadan irəli sürülmüş 13 namizəddən səs çoxluğu ilə 7 nəfər (Kərimov Əliqismət, Cəfərov Sübhan, Məlikov Mehman, Həsənli İxtiyar, Cəfərov Oktay, Həsənov Natiq və Şirinli İnqilab) İctimai Şuranın üzvlüyünə seçilmişdir.

Bu gün bələdiyyədə İctimai Şura üzvlərinə üzvlük vəsiqələrinin təqdim olunması tədbiri keçirildi.

Bələdiyyənin sədri Ramiz Əliyev seçilmiş İctimai Şura üzvləri haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra vəsiqələri təqdim etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı.

İctimai Şuranın sədri Əliqismət Kərimov İctimai Şura üzvləri adından təşəkkürünü bildirdi, təklif və təşəbbüsüləri ilə bələdiyyəyə yardımçı olacaqlarını vəd etdi.

Tədbir çay süfrəsi ətrafında söhbətlə yekunlaşdı.
Vətəndaş müraciəti