18 Noyabr 2022
Paylaş:

Mingəçevir Bələdiyyəsində seminar-müşavirə keçirildi

Mingəçevir Bələdiyyəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin növbəti seminar-müşavirəsi keçirildi. Bələdiyyənin sədri Ramiz Əliyev seminar-müşavirəni açıq elan etdi və iştirakçılara təlimçiləri təqdim etdi. Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları Eldəniz İbrahimov və Asəf Əkbərov bələdiyyə nəzdində müəssisələrin yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi, bələdiyyə üzv və qulluqçularla əmək münasibətlərinin tənzimlənməsi dövlət əmlaklarının bələdiyyəyə verilməsi, mühasibat uçotu, bələdiyyənin qəbul etdiyi inzibati aktların ictimaiyyətə çatdırılması, işğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər və orada aparılan quruculuq işləri barədə beynəlxalq tədbirlərdə məlumatların verilməsi və başqa məsələlərdən danışdılar.

 Maraqlı keçən seminar-müşavirə sual-cavabla yekunlaşdı.

Vətəndaş müraciəti