05 Noyabr 2022
Paylaş:

Zəfər bayramı münasibəti ilə tədbir keçirildi

Mingəçevir Bələdiyyəsi  Zəfər bayramı münasibəti ilə tədbir keçirdi. Bələdiyyənin üzv və qulluqçularının iştirak etdiyi tədbirdə sədr Ramiz Əliyev Zəfər günü ilə bağlı çıxış edərək, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız qələbədən qürurla danışdı və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan etdi. 
Bələdiyyə üzv və qulluqçuları Əli Əliyev, Nəbi Nəbiyev,  Zahid Qasımlı, Sahib Hüseynov və İskəndər Yusubov Zəfər bayramı ilə bağlı təəssüratlarını bildirdilər.
Çay süfrəsi ətrafında baş tutan tədbirin sonunda Vətən müharibəsi iştirakçıları olmuş bələdiyyə qulluqçuları Sübhan Qasımov , Elcan Cəfərov və Həsən Tağıyevə bələdiyyənin Fəxri Fərmanı təqdim edildi.

Vətəndaş müraciəti