02 Sentyabr 2022
Paylaş:

Mingəçevir bələdiyyəsi yanında İctimai Şuranın ilk iclası keçirildi

Ötən həftə seçkilər vasitəsilə formalaşan Mingəçevir bələdiyyəsi yanında İctimai Şuranın ilk iclası oldu. İclasda bir məsələ - təşkilati məsələ müzakirə edildi. İŞ-nın üzvü Səfərov Sübhan Şuranın sədrliyinə Kərimov Əliqismət Ələkbər oğlunun namizədliyini irəli sürdü. Açıq səsvermə keçirildi. Yekdilliklə Əliqismət Kərimov İŞ-nın sədri seçildi. İŞ-nın sədr müavinliyinə 3 nəfərin – Mehman Məlikovun, İnqilab Şirinlinin və Sübhan Səfərovun namizədlikləri verildi. İ.Şirinli işinin çoxluğundan namizədliyindən imtina etdi. İki namizəd arasında səsvermə keçirildi. Səfərov Sübhan Ədil oğlu səs çoxluğu ilə sədr müavini seçildi.
    İclasdan sonra bələdiyyənin sədri Ramiz Əliyev İctimai Şuranın üzvlərini qəbul etdi və onlara işlərində uğurlar arzuladı.
Vətəndaş müraciəti