22 İyul 2022
Paylaş:

Bələdiyyə hesabat verdi

İyulun 22-də Mingəçevir bələdiyyəsi fəaliyyəti barədə 6 aylıq hesabatını ictimaiyyətə açıqladı. Bələdiyyə sədri Ramiz Əliyev hesabat məruzəsi ilə çıxış etdi.
Məruzədə bələdiyyənin 6 ay ərzində keçirdiyi iclaslar, vətəndaş müraciətləri, bələdiyyə büdcəsinin gəlir və xərcləri, görülmüş abadlıq işləri, maddi yardımlar və s. məsələlər əks olunub.
Məruzə ətrafında qeyri-hökumət təşkilatlarının nümayəndələri Rizvan Mikayıllı, Aydın Nəsibov, Elşən İbrahimli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsinin baş məsləhətçisi Əlisa Fərəcov, bələdiyyə üzvləri Ədalət Quliyeva, Əli Əliyev və başqaları çıxış edərək rəy və təkliflərini verdilər.
Sonda bələdiyyənin 6 ay ərzindəki fəaliyyəti qənaətbəxş hesab edildi.
(Hesabatın tam mətni saytın "Hesabatlar" bölməsində paylaşılmışdır.)
Vətəndaş müraciəti