09 İyul 2022
Paylaş:

Mingəçevir Bələdiyyəsi 600 ailəyə Qurban əti payladı

Müqəddəs Qurban bayramı münasibəti ilə Mingəçevir bələdiyyəsi şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, lal-karlara, əmək veteranlarına, I və II qrup əlillərə və imkansız ailələrə ümumilikdə 600 ailəyə Qurban əti payladı.

Bayram münasibətilə keçirilən mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və bələdiyyə sədri Ramiz Əliyev şəhər sakinlərinin bayramını təbrik etdilər.
Tədbirdə kütləvi informasiya vasitələrinin, ictimai birliklərin, hüquq-mühafizə orqanlarının, din xadimlərinin nümayəndələri iştirak etdilər.
Həmin gün şəhər Uşaq Nevroloji Sanatoriyasına Qurban ətindən hazırlanmış yemək və digər ərzaq növləri aparılıb. Uşaqlar üçün bayram süfrəsi açılıb.
Vətəndaş müraciəti