01 İyul 2022
Paylaş:

Stadionda təmir işləri davam edir.

Mingəçevir şəhər stadionu ötən əsrin 50-ci illərindən fəaliyyət göstərir. Futbol ənənəsi olan Mingəçevirin komandası  müxtəlif illərdə SSRİ və Azərbaycan çempionatlarında uğurlu çıxışlar edib.
Bu ildən “Mingəçevir” komandası Azərbaycan Çempionatının I divizionunda oynayacaq. Çempionat başlayanadək stadionda bir sıra təmir işləri aparılmalıdır. Stadionun əsas tribunası, oyunçuların geyinib-soyunma otaqları, hakimlərin otaqları Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir bələdiyyəsi tərəfindən təmir edilir. Həmin sahələr müasir tələblərə uyğun təmir edilib futbolçuların ixtiyarına veriləcəkdir.
Stadionda təmir işləri davam edir. Avqustun əvvəlinədək işlərin yekunlaşdırılması nəzərdə tutulub.
Vətəndaş müraciəti