23 İyun 2022
Paylaş:

Sahil parkında səliqə-sahman yaradıldı

Yay mövsümündə bir qrup işbazlar gəlir əldə etmək üçün Sahil parkının ərazisini zəbt edərək, müxtəlif qurğular, avadanlıqlar quraşdıraraq, əhalinin istirahətinə maneçilik törədirdilər. Harada gəldi- yaşıllıq zolaqlarında, gəzinti meydançasında, gediş-gəliş yollarında idman, əyləncə, ictimai-iaşə, hətta mərc oyunları üçün qurğuları yerləşdirən “sahibkarlar” qeyri-qanuni fəaliyyətlə məşğul olurdular. O qədər də böyük ərazisi olmayan parkda belə qurğular gündən-günə artırdı və haqlı olaraq şəhərimizin qonaqlarının və sakinlərin narazılığına səbəb olurdu. Bələdiyyə mülkiyyətində olan Sahil parkında qanunsuz fəaliyyətlə məşğul olmaları dəfələrlə sahibkarların nəzərinə çatdırılmış, lakin bir nəticə verməmişdi.
Xəbərdarlıqlardan sonra bələdiyyə sədri Ramiz Əliyevin rəhbərliyi ilə və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə parkda reyd keçirilmiş və avadanlıqlar sökülərək, müəyyən edilmiş əraziyə köçürülmüşdür.
Vətəndaş müraciəti