31 May 2022
Paylaş:

Mingəçevir Bələdiyyəsi idman yarışına himayədarlıq etdi

Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı və maliyyə dəstəyi ilə Müstəqillik gününə həsr olunmuş respublika miqyaslı Yunan-Roma güləş yarışı keçirildi. Yarışlarda 6 rayondan 110 güləşçi 11 çəkidə güclərini sınadılar.

Yarışların açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov və rayonların idman klubunun rəhbərləri çıxış etdilər.

Gərgin keçən yarışlarda komanda hesabına Mingəçevir güləşçiləri birinci, Göyçay güləşçiləri ikinci, Yevlax güləşçiləri üçüncü yeri tutdular və kubokla mükafatlandırıldılar.

Fəxri yerləri tutan idmançılara diplom, medal və hədiyyələr verildi.
Vətəndaş müraciəti