Vətən müharibəsində iştirak etmiş Bələdiyyə qulluqçuları təltif edildilər
Vətən müharibəsində iştirak etmək üçün gənclərimiz könüllü olaraq ön cəbhəyə yollandılar. Onların arasında Mingəçevir bələdiyyəsinin beş qulluqçusu və bir bələdiyyə üzvü də vardır.
Müharibə veteranları olan bələdiyyə qulluqçuları Tağıyev Həsən Səmit oğlu və Qasımov Sübhan Rafiq oğlu Ali Baş Komandan tərəfindən “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif olunmuşlar. Bu gün bələdiyyədə onların təltif olunma tədbiri keçirildi. Bələdiyyə sədri Ramiz Əliyev medal alanları təbrik edərək, onlara medalları təqdim etdi. Həmçinin bələdiyyə tərəfindən H.Tağıyev və S.Qasımova pul mükafatı verildi.