Mingəçevir Bələdiyyəsinin sədri uşaq əməyinə qarşı mübarizə üzrə təlimdə iştirak edib
Uşaq hüquqlarının qorunması istiqamətində qurumlararası əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 noyabr 2026-cı il tarixində “Uşaq əməyinə qarşı mübarizədə koordinasiya və birgə fəaliyyət” mövzusunda təlim keçirilib.
Təlimdə Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov da iştirak edib. Tədbirə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri, eləcə də sahibkarlar qatılıblar.
Təlimin əsas məqsədi uşaq əməyinin qarşısının alınması, uşaq hüquqlarının müdafiəsi sahəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi olub.