Mingəçevir Bələdiyyəsi Şahmat Turnirinin Qaliblərini Mükafatlandırdı!
Bu gün 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Bələdiyyə Kuboku” uğrunda şahmat turnirinin yekun mərasimi keçirilib.
Turnirdə 150-yə yaxın şahmatçı iştirak edərək müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparıb. Yarışın nəticələrinə əsasən, müxtəlif yaş kateqoriyaları üzrə 30 iştirakçı I, II və III yerlərə layiq görülərək diplom və medallarla təltif olunub. Ümumi turnir nəticələrinə əsasən ilk üç yeri tutan şahmatçılar isə kuboklarla mükafatlandırılıblar.
Bu cür tədbirlər gənclərin intellektual inkişafı, idmana marağının artırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Zəfər ruhu ilə, şahmat taxtasında yeni qələbələrə!