Mingəçevirdə “Bələdiyyə Kuboku” uğrunda şahmat turnirinə start verilib
Bu gün Mingəçevir Bələdiyyəsi və Mingəçevir Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Bələdiyyə Kuboku” uğrunda şahmat turnirinə start verilib.
Zəka, strategiya və düşüncə gücünün mübarizə apardığı turnirdə gənc şahmatçılar öz bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparırlar.
04 noyabr tarixində yekunlaşacaq turnirin qalibləri Mingəçevir Bələdiyyəsi tərəfindən mükafatlandırılacaqlar.
Tədbirin əsas məqsədi gənclərin intellektual inkişafına dəstək vermək, şahmata marağı artırmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdir.
Zəfər ruhu, şahmat zəkası və qalibiyyət əzmi bir arada!