YAP Mingəçevir şəhər təşkilatının sədri 11 saylı ərazi ilk partiya təşkilatının üzvləri ilə görüşüb
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev 11 saylı ərazi ilk partiya təşkilatının (Mingəçevir Bələdiyyəsinin) üzvləri ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər, partiyanın qarşısında duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının artırılması və təşkilati fəaliyyətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.