Mingəçevir Bələdiyyəsinin sədri sakinlərlə növbəti görüş keçirib
Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov şəhərin Aydın Məmmədov küçəsində yerləşən 10 və 10/1 nömrəli binaların sakinləri ilə növbəti görüş keçirib.
Görüş zamanı sakinlərin müraciətləri, fikir və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sakinlərlə birbaşa ünsiyyət şəraitində keçirilən görüşdə mövcud problemlər və onların həlli ilə bağlı məsələlər müzakirə olunub.
Bu cür görüşlər sakinlərin ehtiyac və gözləntilərinin öyrənilməsi, yerli əhəmiyyətli məsələlərin diqqətdə saxlanılması və bələdiyyə ilə vətəndaşlar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.