Mingəçevir Bələdiyyəsinin sədri növbəti səyyar görüş keçirib
Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov Şah İsmayıl Xətai küçəsində yerləşən 7A nömrəli binanın sakinləri ilə səyyar görüş keçirib.
Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər və təkliflər müzakirə olunub. Qaldırılan məsələlərlə bağlı müvafiq izahlar verilib və müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Səyyar görüşlər sakinlərin müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin öyrənilməsi və onların həlli istiqamətində işlərin daha çevik təşkil olunması məqsədilə davam etdirilir.